HAQQIMIZDA
BİZ KİMİK
Fortis Industrial Solutions - Neft və Qaz, Energetika, Tikinti, Dənizçilik və Neft-kimya sənayelərində tətbiq olunan avadanlıqların, materialların, ehtiyat hissələrinin və sərfiyyat materiallarının təchizatı üzrə ixtisaslaşmış sənaye həlləri şirkətidir. Şirkətimiz 2013-cü ildən bəri müştərilərin ehtiyaclarına uyğun olaraq, səmərəli və hədəfyönlü həllər təmin edir.
Biz həm yerli, həm də xarici bazar iştirakçılarına avadanlıq, material təchizatı və xidmətlər göstəririk. Müştərilərimizin tələblərini qarşılamaq üçün komanda işimizdə xüsusi sadiqlik, texnologiya və təcrübə ön planda tutulur. Bizim başlıca missiyamız müxtəlif sektorlarda fəaliyyət göstərən müştərilərə tam əhatəli təchizat, konsaltinq, əməliyyat və texniki xidmət dəstəyini təmin etməkdir. Müştərilərimizin maksimum səmərəlilik əldə etməsi məqsədilə onlara dəstək paketləri təklif edirik. Ağır və ya yüngül sənayedə fəaliyyət göstərmələrindən asılı olmayaraq, müştərilərimizə tələb olunan məhsulları ən sərfəli qiymətlərlə və ən qısa çatdırılma müddətində əldə etmələri üçün dəstək olmağa xüsusi önəm veririk. Əməkdaşlarımız müxtəlif sənaye sahələrində məhsul təminatı proseslərində uğurla iştirak etmişdirlər.
MİSSİYA VƏ VİZYON
Missiyamız məhsullarımızın keyfiyyətini və etibarlılığını ən yüksək səviyyəyə çatdırmaq və müştəri məmnuniyyətini qorumaqdır. Biz ən keyfiyyətli məhsulları təmin etməklə cəmiyyətimizin və bazarın rifahına dəyər veririk. Məqsədimiz biznesimizi ən mükəmməl səviyyədə qurmaqdır. İşimizdə dürüstlük, şəffaflıq və məsuliyyətə xüsusi önəm veririk.
Diqqət mərkəzimizdə hər zaman əməkdaşlar, müştərilər və təchizatçılar dayanır. Biz satınalma, planlaşdırma, qrafiklərin tərtibi, xərclərə nəzarət, keyfiyyət təminatı, sahə yoxlamaları və proseslərin sürətləndirilməsi xidmətlərində zəngin təcrübəyə sahibik.
Müştəri ehtiyaclarını qarşılamaq üçün texnologiya, təcrübə və komanda işinə olan sadiqliyimizi birləşdiririk. Neft-qaz, Energetika, Dənizçilik, Tikinti və Neft-kimya sektorlarındakı müştərilərə tam mühəndislik, tikinti, əməliyyat və texniki xidmət dəstəyi göstəririk. Təklif etdiyimiz dəstək paketi müştərilərimizə öz əsas fəaliyyət sahələrinə diqqət ayırmağa imkan verərək, onların səmərəliliyini maksimuma çatdırmağa şərait yaradır.
